AZ

Maşınla qadını vurub hadisə yerindən qaçan sürücü HƏBS EDİLDİ

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Sadiq Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, müttəhimin şikayəti təmin edilməyib.İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 20:40-da paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-2106" markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yerdən yolu keçən Çimnaz Məmmədovanı vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abdullayev 5 il 2 ay 10 müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbsə alınıb. (Pravda.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
5
bizim.media

6Mənbələr