AZ

“Azəristiliktəchizat” üçün yeni şikayətlər mövsümü başlayır: Hesablama Palatası xeyli qüsur sadalayıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Noyabrın ortalarından mənzillərin istilik təchizatı xidməti ilə bağlı növbəti mövsüm başlayır. Şikayətlərin bir-birini əvəz edəcəyini indidən proqnozlaşdırmaq olar. Çünki hər il fərqli mənzərə görmürük. “Azəristiliktəchizat” ən çox şikayət olun dövlət qurumlarındandır.

Bizimyol.info xəbər verir ki, Hesablama Palatası “Azəristiliktəchizat”la bağlı iradlarını səsləndirib. 2026-cı ilə dövlət büdcəsinə rəydə çatışmazlıqlar qeyd olunub. Audit nəticəsində istilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmaması müəyyənləşdirib. Əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirmiş, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb.

“Azəristiliktəchizat”la bağlı belə rəylərə alışmışıq. Xatırlayırsınızsa, keçən il öhdəlik yerinə yetirilməmişdi. Zərər 108 milyon manatdan çox olmuşdu. Hesablama Palatasının rəyindən belə anlaşılır ki, müəyyən tənzimləmələrə cəhd olunub, amma qüsurlar yetərincədir.

Görəsən, dövlət qurumları nə vaxta qədər belə işləyəcəklər? Nə vaxta qədər zərərlə fəaliyyət göstərib gözlərini dotasiyaya dikəcəklər? Payız-qış aylarında çatışmazlıqlar əhalini daha böyük əziyyətlə üz-üzə qoyur. Dövlət qurumlarının fəaliyyəti insanlara əzab verməkdən başqa bir mahiyyət ifadə etmir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr