AZ

“Konstitusiya Günü dövlət müstəqilliyimizin və hüquqi sabitliyin rəmzidir” ŞƏRH EDİLDİ

ain.az, Sia Az portalına istinadən məlumat verir.

"12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü dövlətçiliyimizin müasir tarixində xüsusi əhəmiyyət daşıyan bir gündür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu sənəd ölkəmizin siyasi, hüquqi və demokratik inkişafının təməl daşına çevrildi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətçiliyinin müstəqillik dövründə özünəxas inkişaf modelini formalaşdırdı: "Burada dövlətin idarəetmə prinsipləri, vətəndaşların hüquq və azadlıqları, hakimiyyət bölgüsü və demokratik institutların fəaliyyət mexanizmləri aydın şəkildə təsbit olundu. Bu, həm də Azərbaycan xalqının suveren iradəsinin, müstəqilliyin möhkəmlənməsinin və hüquqi dövlət quruculuğunun rəmzidir. Konstitusiya təkcə normativ sənəd deyil, həm də dövlət ideologiyasını və siyasi sabitliyin əsaslarını müəyyən edən strateji bəyannamədir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd müasir Azərbaycanın siyasi sisteminin dayanıqlılığını təmin etdi, hüququn aliliyini, vətəndaş-dövlət münasibətlərinin qarşılıqlı məsuliyyət prinsipini hüquqi müstəviyə keçirdi. Sonrakı illərdə aparılan konstitusiya islahatları - xüsusilə 2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər - idarəetmə sisteminin çevikliyini artırdı, insan hüquqlarının müdafiəsini gücləndirdi və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin modernləşmə kursuna hüquqi zəmin yaratdı.

Bu gün 12 Noyabr - Konstitusiya Günü həm də vətəndaşların hüquqi düşüncəsinin, dövlətə və qanunlara hörmət mədəniyyətinin formalaşmasını təbliğ edən dəyər günüdür. O, müstəqil Azərbaycanın sabitliyinin və hüquqi dövlət quruluşunun rəmzi kimi, ölkəmizin siyasi sisteminin davamlı inkişafını təmin edən başlıca sənəddir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
sia.az

2Mənbələr