Fransa Prezidenti Emmanuel Makron, 2022-ci ildən bəri İranın “Evin” həbsxanasında saxlanılan iki fransız vətəndaşının azadlığa buraxıldığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Makron “X” sosial media hesabında paylaşdığı açıqlamada, “İranda 3 ildir həbsdə olan Sesile Kohler və Jacques Paris “Evin” həbsxanasından azad edilib və Tehrandakı Fransa səfirliyinə doğru yola çıxıblar” ifadəsini işlədib.
Makron bu addımı “məmnuniyyətlə qarşıladığını” bildirib və vətəndaşların “mümkün olan ən qısa zamanda” ölkəyə qayıtması üçün danışıqların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Sesile Kohler və Jacques Paris 2022-ci ilin may ayında Tehrana etdikləri səfər zamanı İran hakimiyyəti tərəfindən saxlanılmışdı.
İran rəsmiləri onları casusluqda və ölkədəki etirazları qızışdırmaqda ittiham etmişdi.