AZ

İrəvanla Tbilisi arasında qalmaqal: Ermənistan anti-Gürcüstan planına dəstək verir

Ermənistan və Gürcüstan arasında diplomatik böhran yaşanır.

Publika.az
xəbər verir ki, Ermənistan Avropa strukturlarının Gürcüstan hakimiyyətinin əleyhinə qəbul etdiyi qətnamələrə dəstək verir.

28-30 oktyabrda İrəvanda keçirilən Avronest Parlament Assambleyasının sessiyası zamanı Gürcüstan hökumətinin legitimliyini şübhə altına alan qətnamə qəbul olunub. Ermənistan tərəfi də bu qətnamənin lehinə səs verib.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib ki, erməni deputatlar rəsmi İrəvanın, birbaşa baş nazir Nikol Paşinyanın mövqeyinin əleyhinə çıxır.

“Ermənistanın baş naziri Gürcüstanda rəsmi səfərdə olub və xalq tərəfindən seçilən hökumətlə müxtəlif görüşlər keçirib. Gürcüstan hökumətinin legitim olmadığını iddia edən qətnaməni dəstəkləmək, erməni deputatların öz baş nazirlərinə etimad göstərməməsi deməkdir”, - o deyib.

Ermənistanın hakim partiyasından olan deputatlar isə bunu qəbul etmir. Onlar bildirirlər ki, qətnamə təkcə Gürcüstanla bağlı deyildi. “Şərq tərəfdaşlığının gələcəyi və Avropa İttifaqının genişlənmə siyasətinin regionda sülh, təhlükəsizlik və sabitlik perspektivləri” adlı sənəddə Belarus və Rusiyaya qarşı da məqamlar yer alır.

Avronest PA-da Ermənistan nümatyəndə heyətinin rəhbəri Mariya Karapetyan bildirib ki, qətnamədə İrəvan üçün mühüm məqamlar yer alırdı, xüsusilə 8 avqust Vaşinqton razılaşmalarının dəstəklənməsi, kommunikasiyanın suverenlik prinsipi ilə bərpa olunması və s. Buna görə onlar qətnaməni dəstəkləyiblər.

Ermənistan nümayəndə heyətində yer alan müxalifətçi deputat, “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryan isə qətnamədə onların xeyrinə heç nə olmadığını iddia edir.

“Hraparak” nəşri yazır ki, baş verənlərdən sonra İrəvan-Tbilisi xəttində münasibətlər kəskinləşmə mərhələsinə qədəm qoyub.

“Ermənistan hökuməti Gürcüstana cavab tədbirləri hazırlayır. Ermənistan-Gürcüstan sərhədində yükdaşımalara maneələrin yaradılması kimi addımlar gözləniləndir”, - nəşr iddia edir.

Asif

Seçilən
21
publika.az

1Mənbələr