AZ

Səmada dronlar göründü: Ölkədə uçuşlar dayandırıldı

Brüssel hava limanı ətrafında dronların görünməsi səbəbindən uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Turkustan.az xəbər verir ki, Belçikanın Brüssel Hava Limanı ətrafında pilotsuz təyyarələrin aşkarlanmasından sonra təhlükəsizlik məqsədilə uçuşların müvəqqəti dayandırıldığı bildirilib.

Belçika hava limanının internet saytında verilən açıqlamada hava limanı ətrafında pilotsuz təyyarələrin müşahidə edildiyi bildirilib.

Açıqlamada Brüssel Hava Limanında uçuş və enişlərin təhlükəsizlik səbəbiylə müvəqqəti olaraq dayandırıldığı və əlavə məlumat alındıqda açıqlama veriləcəyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
28
1
turkustan.az

2Mənbələr