Bakı. Trend:
Cənub-Çin dənizinə daxil olaraq Filippində ağır dağıntı vəçoxsaylı itkilərə səbəb olmuş “Kalmaeqi” tafunu Vyetnama doğruistiqamət alıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Vyetnamın MilliHidrometeoroloji Proqnozlaşdırma Mərkəzi məlumat yayıb.
Məlumata görə, tayfunun episentri Truonqşa (Spratli)arxipelaqının yaxınlığında, Zyalay vilayəti sahilindən təxminən 550km cənub-şərqdə yerləşir.
Hal-hazırda tayfunun təsiri altında Cənubi-Çin dənizinin mərkəzihissəsində sürəti saatda 70–130 km arasında dəyişən güclü küləklərvə hündürlüyü 10 metrə çatan dalğalar müşahidə olunur.
Növbəti 24 saat ərzində “Kalmaeqi”nin saatda 20–25 km sürətləşimal-qərb istiqamətində hərəkət edəcəyi və daha da güclənəcəyiproqnozlaşdırılır.
Hidrometeoroloji mərkəzin məlumatına əsasən, fırtına potensialolaraq Dananq şəhərindən Khanhoa vilayətinə qədər olan əraziləriəhatə edə bilər.