AZ

Azərbaycanda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir - Bahar Muradova

Bakı.Trend:

Azərbaycanda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusundafestivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir. İnanıram ki, bufestival təkcə bu gün burada deyil, Azərbaycanın digər bölgələrindədə keçiriləcək.

Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən“Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, qeyd edib ki, bu gün ölkəmizin müxtəlif bölgələrini təmsiledən dini icma nümayəndələri buradadır:

“Həmin bölgələrdə də bu cür festivalların təşkil ediləcəyinəinanıram. Biz hər zaman birliyimizi, həmrəyliyimizi vəgözəlliyimizi nümayiş etdirəcəyik”.

B.Muradova bildirib ki, insan dünyaya gələndə ilk olaraqailədən, dini inanclardan və dəyərlərdən təsirlənir.

Ailə insanın sosial həyatda formalaşdığı ilk yerdir. Hər birinsan ailədən aldığı inanc, dəyərlər və mədəniyyətlə böyüyür.Dövlətçilik düşüncəsi də ilk olaraq buradan başlayır. Vətəndaşanlayışı isə yaşadığımız coğrafiya ilə formalaşır.

“Bu coğrafiya bizim dövlətimizə bağlılığımızı yaradır. Dövlətsiyasətini formalaşdıran, cəmiyyəti birləşdirən də məhz bubağlılıqdır. İnsanların birliyi dövlətin yaranmasına səbəb olur,dövlət isə rəsmi status qazanaraq dünyada söz sahibi olur. Diniicmaların nümayəndələri də digər xalqlar kimi dünya miqyasındatəmsil olunurlar”.

O vurğulayıb ki, tariximizə nəzər salanda görürük ki,Azərbaycana müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlardini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindənasılı olmayaraq bir dəyər ətrafında birləşiblər.

“Bu birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı.Dövlətimizin müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün xalqıniradəsi və həmrəyliyi əsasdır. Tarixdə çətinliklər yaşamışıq, lakinbu gün zəfər zirvəsindən keçmişə baxanda, həm bu günümüzüqiymətləndirəndə, həm də gələcəyə planlar quranda qüvvəmizi məhzburadan birliyimizdən alırıq”.

Komitə sədri əlavə edib ki, birliyə söykənərək Azərbaycandövlətini dünyaya tanıtmışıq.

“Dövlətimiz də insanların dini inancına və milli mənsubiyyətinəgörə fərqləndirilmədiyi siyasət yürütmüşdür”.

Məqalədə:
Seçilən
21
4
az.trend.az

5Mənbələr