AZ

Agentlik tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara AYDINLIQ GƏTİRDİ

Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair məlumat yayılıb. Həmin paylaşımlarda tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.

Bildirilib ki, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib, görüntülərdəki "elan" saxtalaşdırılıb.

"Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər", - məlumatda qeyd edilib.

Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz: https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi

Seçilən
9
41
far.az

10Mənbələr