AZ

Yeniyetmə cüdoçular arasında region birincilikləri keçiriləcək

Noyabrın 8-9-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Apasport.az xəbər verir ki, yarış Goranboy Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirlərdə Gəncə, Goranboy, Naftalan, Qazax və Tovuz cüdoçuları mübarizə aparacaq. Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

U-17 üzrə birincilik həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək

Cüdo məşqçilərinin ümumrespublika seminarı keçirilib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb

İki cüdoçumuz Avropa çempionatında finala yüksəlib

İslam Rəhimov Avropa çempionu olub

Seçilən
10
6
apasport.az

7Mənbələr