AZ

Keçmiş avrokomissar korrupsiyada ittiham olunur

AzVision.az “Le Soir” və digər Belçika KİV-lərinə istinadən xəbər verir ki, hakim oktyabrın 16-da Didye Reyndersə ittihamı hələ oktyabrın 16-da elan etsə də, bu məlumat yalnız indi ictimaiyyətə açıqlanıb.

İttiham aktı keçmiş Avropa komissarı ilə bağlı ilk axtarışlardan on ay sonra hazırlanıb. Brüssel prokurorluğunun fikrincə, bu axtarışların nəticələri Reyndersin mümkün günahına dair tutarlı sübutların mövcudluğundan xəbər verir.

Məsələ sabiq avrokomissraın gəlirinin bir hissəsinin şübhəli mənşəyinə aiddir – onun bir neçə il ərzində Belçika milli lotereyası vasitəsilə ümumilikdə təxminən 200 min avro məbləğində pul yuduğu iddia edilir.

Xatırladaq ki, 2019-cu ildə Didye Reynders artıq korrupsiya və çirkli pulların yuyulmasında təhqiqat altında olub. Lakin onda Didye təqsirkar olmadığını iddia etdi, prokurorluq isə ona qarşı ittihamları geri götürdü.

Avropa komissarı kimi beş illik fəaliyyəti dövründə Didye Reynders diplomatik toxunulmazlığın məhdud formasından istifadə edib. Bundan əlavə, o,iki dəfə Avropa Şurasının (AŞ) Baş Katibi olmağa cəhd göstərsə də, hər iki dəfə uğursuzluğa düçar olub.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
2
azvision.az

3Mənbələr