AZ

Ölüm hökmü olsa belə, Ermənistanı tərk etməyəcəyəm – Serj Sarkisyan

Ölüm hökmü ilə hədələnsəm belə, Ermənistanı tərk etməyəcəyəm.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan məhkəmə binası önündə haqqında yayılan şayiələri şərh edərkən jurnalistlərə deyib.

O bildirib ki, ölkəni heç bir halda tərk etməyəcək.

“Axı mən qaça biləcək adama oxşayırammı?! Burada şərhə də ehtiyac yoxdur. Hətta məhkəmənin məni ölüm hökmünə məhkum etmək niyyətində olduğunu bilsəm belə, bu ölkədən heç yerə getməyəcəyəm. Bu, mənim ölkəmdir,” – Sarkisyan deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
1
interpress.az

2Mənbələr