AZ

Komitə sədrinin müavini: “Fərqliliyin rəngi” festivalı Azərbaycandakı tolerantlığı bir daha nümayiş etdirmək imkanı yaradır

Bakı, 5 noyabr, AZƏRTAC

“Fərqliliyin rəngi” festivalının məqsədi Azərbaycanda mövcud olan tolerantlığı, eyni zamanda, dinlərarası dialoqu, dini icmalar arasındakı vəhdəti, milli-mənəvi dəyərlərimizə, onun tərkib hissəsi kimi Azərbaycanımıza sədaqəti nümayiş etdirməkdir. Festivalda demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.

O bildirib ki, festival çərçivəsində dini icmaların kitablarından, geyimlərindən, eyni zamanda, onların inanclarına uyğun əşyalardan ibarət sərgi ilə tanışlıq olacaq. Daha sonra isə hər bir dini icma öz dininə, inancına uyğun olaraq musiqi və rəqs nömrələrini təqdim edəcək.

“Bir sözlə, festival Azərbaycanda mövcud olan tolerantlığı, multikultural dəyərləri, onun vəhdətini bir daha nümayiş etdirmək imkanı yaradacaq”, - deyə G.İsmayılov əlavə edib.

Seçilən
35
1
azertag.az

2Mənbələr