AZ

“Vacib mesajlar kənarda qaldı, bir səhv bütün ölkəni bürüdü” – Komitənin qaldırdığı tozanaq

“Bütün bu baş verənlər əməkdaşın texniki səhvinə görə olub. Bu məsələyə də yerindəcə etiraz bildirildi və aparıcının səhvi düzəldildi. Burada böyüdüləsi bir şey yoxdur. Texniki bir səhvi bu qədər şişirtmək lazım deyildi. Aparıcı da məsələyə görə dönə-dönə üzr istədi”.

Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, təmsil etdiyi komitənin tədbirində bir səhvin yaratdığı siyasi gərginliyə izahat verib.

Mətbuat katibi vurğulayıb ki, kiçik bir səhvi bu qədər qabartmaq lazım deyildi:

“Bunlar hamısı məqsədli şəkildə edilən şeylərdir. Məsələ də yalnız sosial şəbəkələrdə qabardırıldı. Həmin şəxslər də klaviatura arxasında bekarçılıqdan nə yazdığını bilməyənlərdir. Çalışırlar ki, kiminsə kiçik bir səhvini ucundan tutub ucuzluğa getsinlər”.

Teymur Mərdanoğlu qeyd edib ki, tədbirdə ötürülən vacib ismarışları bu qədər böyüdən olmayıb:

“O tədbirdə kifayət qədər vacib mesajlar verildi. Komitə tərəfindən qanunvericiliyə edilən əlavə və dəyişiklər haqqında məlumatlar diqqətə çatdırıldı. Bununla yanaşı, maraqlı panellər təqdim olundu. Media sahəsində əlaqələrin qurulması, informasiyanın çatdırılması istiqamətində müəyyən məsələlər müzakirə olundu. Uşaq hüquqlarının müdafiəsi və qorunması mövzusunda vacib müzakirələr aparıldı. Bunlar hamısı qaldı kənarda, adi bir texniki səhv bütün respublikanı bürüdü”.

Xatırladaq ki, noyabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbirdə Hikmət Babaoğlu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru kimi təqdim olunub.

Bu təqdimat sosial mediada müzakirələrə səbəb olub. Bahar Muradovanın rəhbərlik etdiyi qurumun  YAP nəşri baş redaktorunun Alqış Musayev olduğunu bilməməsi lağlağı və tənqid hədəfinə çevrilib.

Noyabrın 4-ü, axşam saatlarında “Yeni Azərbaycan” qəzetinin hazırki baş redaktoru “Facebook” hesabında komitənin tədbirində sslənmiş səhvə dair paylaşım edib:

“Məsuliyyətsizlik, yoxsa Mehdiyevin xiffəti və xisləti”.

Lakin bir müddət sonra Alqış Musayev postunu sosial media hesabından silib.

Mövzuya dair YAP-çı deputat Hikmət Babaoğlunun rəyini öyrənmək mümkün olmayıb. Ona edilən telefon zəngləri cavabsız qalıb.

Alqış Musayevlə də əlaqə yaratma cəhdi alınmayıb.

Görünür, hər iki şəxsin baş verən anlaşılmazlığa etirazı yoxdur. Hər kəs olduğu yerdən məmnundur. 

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr