AZ

Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan qaldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.

Seçilən
1
23
avtosfer.az

10Mənbələr