AZ

Qafqazdakı vəziyyət daimi diqqət tələb edir - Şoyqu

Qafqazdakı vəziyyət daimi diqqət tələb edir.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib: pizza mizza

"Saatlarımızı sinxronlaşdırmaq bizim üçün vacibdir. Son hadisələrə, regionda - bütövlükdə Qafqazda, Cənubi Qafqazda - baş verən müxtəlif hadisələrə dair hər şey daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir".

Qriqoryan əmin edib ki, o, regiondakı vəziyyətlə bağlı təfərrüatları bölüşməyə hazırdır.

Xatırladaq ki, bu gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclası keçirilir. Görüş çərçivəsində Şoyqu bir sıra ayrı-ayrılıqda ikitərəfli, o cümlədən Azərbaycandan olan vəzifədaşı ilə görüşlər keçirəcək.


Telegram kanalımız
Seçilən
7
2
yenisabah.az

10Mənbələr