AZ

Ukraynanın dron hücumları: Rusiyanın strateji neft zavodu və enerji obyektləri alov içində

 
"Ukrayna 50-dən çox dronla Rusiyanın ən iri neft emalı müəssisələrindən birinə zərbə endirib, eyni gecə enerji infrastrukturuna da hücumlar həyata keçirilib..."
 
Moskvanın yanacaq təminatı risk altındadır
 
Ukrayna KİV-lərinin yaydığı məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi (BKİ) və Xüsusi Əməliyyat Qüvvələri 4 noyabr gecəsi Rusiyanın ən böyük neft emalı müəssisələrindən birini - "LUKOYL-Nijniqorodnefteorgsintez" zavodunu (Kstovo, Nijniy Novqorod vilayəti) 50-dən çox dronla vurub.
 
Zavod Rusiyada benzin istehsalının 30 faizini qarşılayır və xüsusilə Moskva regionunun əsas yanacaq tədarükçülərindən sayılır. Hücum zamanı müəssisədə neftin ilkin emalını təmin edən rektifikasiya kolonunda təmir işləri gedin, həmin kolonun əvvəlki hücumlarda da zədələndiyi bildirilir.
 
Rusiya sosial şəbəkələrində yayılan videogörüntülərdən aydın olur ki, zavod üzərində parlaq alov və ardıcıl partlayışlar qeydə alınıb. Yanğın saatlarla söndürülüb, zərərin həcmi isə dəqiqləşdirilir.
 
Ukrayna Baş Qərargahı bildirib ki, məqsəd Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətməkdir. Zavodun illik emal gücü 17-18 milyon ton təşkil edir və məhsulların bir hissəsi birbaşa orduya göndərilir - hərbi texnikanın yanacağı və bitum-sürtkü materialları bu zavoddan gəlir.
 
Eyni gecə Ukrayna dronları Başqırdıstandakı "Sterlitamak neft-kimya zavodu"na da zərbə endirib. Müəssisə yüksək keyfiyyətli aviasiya kerosini üçün komponentlər istehsal edir və Rusiyanın hərbi aviasiyasına bağlıdır. İlkin məlumatlara görə, zavodun bir sexi ciddi şəkildə zədələnib.
 
Vladimir və Oryol bölgələrində partlayışlar
 
Hücumlar yalnız neft təsərrüfatı ilə məhdudlaşmayıb. Rusiya KİV-lərinin məlumatına görə, eyni gecə dronlar iki mühüm enerji obyektini - "Vladimirskaya" yarımstansiyasını (Vladimir vilayəti), - bu, Rusiyanın ən güclü yarımstansiyalarından biridir və strateji enerji qovşağı rolunu oynayır, - və  Oryol şəhərindəki istilik elektrik stansiyası (İES) vurub, partlayışdan sonra bölgədə yanğın qeydə alınıb.
 
Oryol bölgəsinin qubernatoru bildirib ki, PUA-ların qalıqları bir neçə evə ziyan vurub, lakin obyektə dəymiş real zərərlə bağlı məlumatlar açıqlanmır. Oryol İES-in yaxınlığında "Oreltekmaş" adlı müdafiə müəssisəsi yerləşir, orada hərbi texnikanın təmiri və evakuasiyası üçün avadanlıq istehsal olunur. Yerli sakinlər bir-birinin ardınca bir neçə güclü partlayış eşitdiklərini bildirib.
 
Ukraynanın yeni taktikasının məqsədi Rusiyanın hərbi maşınını yanacaq və enerji olmadan saxlamaqdır
 
Son həftələr Ukrayna dörd əsas hədəf üzərinə sistemli hücumlar həyata keçirir: neft emalı zavodları, neft-kimya müəssisələri, enerji yarımstansiyaları, hərbi məhsullar istehsal edən sənaye obyektləri. Bu strategiyanın mahiyyəti sadədir: ordunun yanacaq və enerji resursları olmadan döyüş qabiliyyəti çökməlidir.
 
Rusiyanın özündə belə açıq şəkildə yazılır ki, yanacaq təminatının pozulması Moskva və mərkəzi regionları benzin qıtlığı ilə üzləşdirə bilər. Ukraynanın dron kampaniyası artıq tək-tük zərbələrdən çıxaraq Rusiya iqtisadiyyatının kritik infrastrukturlarına ardıcıl hücumlar mərhələsinə keçib. 
 
Kreml itkiləri gizlətməyə çalışsa da, videolar və yerli rəsmi xəbərlər göstərir ki, neft emalı sektoru zərbə altındadır, enerji xətti risk altındadır, hərbi sənayenin təminatı getdikcə çətinləşir. İndi əsas sual budur: Ukraynanın dron strategiyası Rusiyanın müharibə aparmaq imkanlarını nə qədər zəiflədə biləcək?
 
Moderator.az
Seçilən
22
1
moderator.az

2Mənbələr