AZ

"Atadan yetim idim, anadan da yetim qaldım"

Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olub.

Musavat.com xəbər verir ki, Aysun efir zamanı emosional açıqlaması ilə diqqət çəkib.

Canlı yayımda anası, müğənni Rəqsanə İsmayılovaya səslənərək ona olan sevgisini göz yaşları içində ifadə edib.

Aysun ananın həyatda əvəzolunmaz rolundan danışaraq bunları deyib:

"Deyirlər, insan atadan yox, anadan yetim qalır. Mən onsuz da atadan yetim idim. İndi anadan da yetim qaldım..."

Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Könül
Musavat.com

Seçilən
23
3
musavat.com

5Mənbələr