Türkiyənin Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin meri Ekrem İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun diplomatik pasportu ləğv edilib.
Modern.az Türkiyə KİV-nə istinadən məlumat verir ki, bu barədə Türkiyənin CHP partiyasının sədri Özgür Özel bildirib.
O qeyd edib ki, Dilek İmamoğlu xaricə getməyi planlaşdırırdı.