AZ

“Üç uşağı olanlar 5 il tez pensiyaya çıxsın” –Deputat

“Pensiyaya tez çıxmaq istiqamətində bizə xeyli suallar verilir. Son illər güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir.”

Bu sözləri deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Azərbaycanda 5 və ondan artıq uşağı olan analara 5 il tez pensiyaya çıxmaq güzəşti verilir. Ölkəmizdə xüsusən gənc ailələrdə 5 və ondan artıq uşağı mənə elə gəlir ki, çox nadir hadisədir. Təklif edirəm ki, 3 və ondan çox uşağı olan ailələrin nümayəndələrinə 5 il tez pensiyaya çıxmaq güzəşti tədbiq olunsun, qanunvericilikdə dəyişiklər olsun. Bu hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Milli Məclisin birgə fəaliyyətində çox yaxşı bir nəticə ola bilər.”- deyə deputat qeyd edib./Teleqraf/

AzPost.az

Seçilən
18
17
azpost.info

10Mənbələr