AZ

Azərbaycan İdman Akademiyasının struktur rəhbərləri üçün Qubada təlim keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasının (ASA) struktur bölmə rəhbərlərinə Quba Olimpiya Kompleksində təlim keçirilib. ASA-dan SİA-ya bildirilib ki, üç gün davam edən təlimdə strateji planlaşdırma prosesi, innovativ idarəetmə yanaşmaları, fəaliyyətlərin effektivliyinin artırılması, eləcə də məqsəd və nəticəyönümlü idarəetmə mexanizmləri mövzularında təqdimatlar edilib və praktiki müzakirələr aparılıb.

Səfərdə həyata keçirilən fikir mübadiləsi nəticəsində Akademiyanın qarşıdakı illər üçün prioritet istiqamətləri və fəaliyyət planları müəyyənləşdirilib.

Səfərin məqsədi Akademiyanın Strateji İnkişaf Planının əhəmiyyətinin müzakirəsi, struktur bölmələrin fəaliyyətlərinin bu plan əsasında qurulması, həmçinin planın icrası istiqamətində təlim və debatların təşkili olub.

Seçilən
19
3
sia.az

4Mənbələr