AZ

“Qumar kralı”nın istintaqı bitdi – Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu

Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
“Qumar kralı” Şəkili Yusifin qanunsuz qumarxana şəbəkəsi yaradaraq bu yolla ümumilikdə 161 milyon manat gəlir əldə etdiyi açıqlanmışdı. Lakin yekunda bu məbləğin həcmi dəyişib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) həmçinin 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.
Şəkili Yusifin milyonlarla manatlıq əmlaklarına, o cümlədən, evləri, avtomobilləri, restoranları və başqa qeyri-yaşayış sahələri üzərinə həbs qoyulub.
İttihamlar sübuta yetirilərsə, onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, “Nuxa” və “Medalyon” restoranları da Yusif Baqiyevindir. Həbs qoyulan obyektlər arasında onların da yer aldığı güman edilir.
Seçilən
13
15
tribunainfo.az

10Mənbələr