AZ

Tbilisidə aksiyalara qoşulan Əfqan Sadıqov CƏRİMƏLƏNDİ

Gürcüstanın paytaxtı Tbilisidə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov 275 000 lari məbləğində cərimə edilib.

NOCOMMENT.az Lent.az istinadla bildirir ki, bu barədə məlumatı “Sosial Ədalət Mərkəzi” yayıb. Məlumata görə, Tbilisi Şəhər Məhkəməsi 2025-ci il oktyabrın 23-də Əfqan Sadıqovu inzibati qaydada təqsirli bilib və ona 14 günlük inzibati həbs cəzası təyin edib. Jurnalist 5 noyabr saat 19:20-də Marneulidəki müvəqqəti saxlama təcridxanasından azad olunacaq.

Sosial Ədalət Mərkəzinin açıqlamasına əsasən, məhkəmə qərarından sonra bəlli olub ki, Əfqan Sadıqov yolun bağlanmasına görə əlavə olaraq 55 dəfə, hər dəfə 5 000 lari cərimələnib. Bu cərimələr 2025-ci il 29 iyul–17 oktyabr tarixləri arasında Daxili İşlər Nazirliyi tərəfindən tətbiq olunub, lakin bu barədə Sadıqova həmin müddətdə heç bir məlumat verilməyib.

Əfqan Sadıqov bundan əvvəl, 9 aylıq həbsdən sonra 2025-ci il aprelin 17-də girov müqabilində azadlığa buraxılıb. Prokurorluq və məhkəmənin qərarına əsasən, ona ölkəni tərk etməyə icazə verilməyib.

Seçilən
1
3
nocomment.az

4Mənbələr