AZ

Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açdı

Dünyanın konteyner daşımaları üzə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Qafqaz regionunda - Azərbaycanda ilk ofisini açıb.

"Yeni sabah" xəbər verir ki, artıq şirkətin Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə də təyinat olub.

Bu vəzifənin icrası Hüseyn Ramazanova həvalə olunub. pizza

MSC İsveçrənin Cenevrə şəhərində yerləşən – nəqliyyat və logistika sahəsində qlobal liderdir. Azərbaycanda və MDB bazarında 20 ildən artıq logistika təcrübəsinə malikdir. Dünyanın aparıcı konteyner daşıma şirkətlərindən biri olan MSC 155 ölkədə 675 ofisə və təxminən 200 min əməkdaşa sahibdir. MSC-nin gəmiçilik xətti 300-dən çox ticarət marşrutu üzrə hərəkət edir və 520-dən artıq limana yan alır. İndiyə qədər Azərbaycana MSC Gürcüstan tərəfindən xidmət göstərilib.


Telegram kanalımız
Seçilən
24
2
yenisabah.az

8Mənbələr