AZ

“Gürcü Arzusu” partiyasından sərt tənqid: “Bizə bir yaxşı sözü belə əsirgəyirlər” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin "Xalq Gücü" partiyasından olan deputatı Eka Sepaşvili Avropa Komissiyasının (AK) Gürcüstanla bağlı genişlənmə hesabatını sərt şəkildə tənqid edib.

Deputat bildirib ki, hesabatda Gürcüstanın yaxşı göstəricilərə nail olduğu sahələr haqqında az danışılır: "Bizim üçün bir yaxşı sözü belə əsirgəyirlər."

Sepaşvilinin sözlərinə görə, Aİ-nin genişlənmə hesabatı, xüsusilə Gürcüstanla bağlı mənfi qiymətləndirmə verilən hissəsi tamamilə yalandır: "Guya demokratik dəyərlərdən kənarlaşma, yaxud insan hüquqları və qanunun aliliyi sahəsində geriləmə ilə bağlı Aİ-nin hesabatındakı ittihamlar mütləq yalandır. Cəmi bir neçə gün əvvəl elə həmin Avropa İttifaqının layihəsi çərçivəsində dərc edilmiş hesabatlarda Gürcüstan qanunun aliliyinə, məhkəmənin səmərəliliyinə, bürokratiyanın effektivliyinə, korrupsiyaya nəzarətə görə elə yüksək mövqedədir ki, hətta Aİ və NATO-nun bir sıra üzv dövlətlərini qabaqlayır."

Deputat əlavə edib ki, bu, yalnız onu göstərir ki, Avropa Komissiyası özünün dərc etdiyi hesabatlara etibar etmir və "əvvəlcədən planlaşdırılmış ssenari üzrə cəmiyyətdə aqressiya və qütbləşmə yaratmaq məqsədilə" həqiqətə uyğun olmayan yalan nəticələr irəli sürür.

Eka Sepaşvili həmçinin vurğulayıb ki, Gürcüstan Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib və ölkənin Avropa inteqrasiyası dayanmayıb: "Bütün tövsiyələr yerinə yetirilib. Mən deməzdim ki, 9 bənd yerinə yetirilməyib. Onlar sadəcə istəmirlər ki, bu 9 bənd real amillər nəzərə alınmaqla adekvat qiymətləndirilsin."

"Avropa inteqrasiyası dayanmayıb. Biz hələ çox uzun müddət Avropaya düşməyəcəyik, çünki Gürcüstan Avropa qanunlarını tam qəbul etmək və Avropa bazarına girmək üçün hələ çoxlu islahatlar aparmalıdır ki, buna da biz 2028-ci ilə qədər hazır olacağıq."

"Hətta 2028-ci ilə qədər yox, Aİ-nin özü bəyan edir ki, 2030-cu ilə qədər genişlənməyə hazır olacaq, baxmayaraq ki, bu da hələ sual altındadır," - deyə Sepaşvili fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr