AZ

Bakıda məşhur restoranda Fələstin bayrağı mübahisəsi (FOTO)

Bakı. Trend:

Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biriolan “Soul Kitchen Terrace Baku”da Fələstin bayrağı mübahisəsiyaşanıb.

Trend xəbərverir ki, restoranın qonağı olan xarici müştərilər məkanın onlaynmenyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstinbayrağının əks olunmasına etiraz ediblər.

Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əkstəqdirdə restoranı tərk edəcəklərini və “Soul Kitchen TerraceBaku”nu boykot etməyə çağıracaqlarını bildiriblər.

Lakin restoranın administrasiyası xarici müştərilərin bu təhdidvə tələbinə əməl etməyib. Bu zaman sözügedən müştərilər məkanı tərkedib və özlərinin sosial şəbəkələrdəki səhifələrindən restoranagetməməklə bağlı paylaşımlar ediblər.

Buna baxmayaraq, “Soul Kitchen Terrace Baku” öz mövqeyində qalırvə menyuda Ərəb dili bölməsi Fələstin bayrağı ilə təqdim edilməyədavam edir.

Restoranın bu addımı Fələstin xalqına mənəvi dəstək kimiqiymətləndirilib.

Bakıda
Bakıda
Məqalədə:
Seçilən
6
10
az.trend.az

10Mənbələr