AZ

Moldova Kanadanın Kvebek əyalətində fəxri konsulluq açıb

Bakı, 5 noyabr, AZƏRTAC

Moldova Respublikasının Kanadadakı səfirliyinin Kvebek əyalətində fəxri konsulluğu açılıb.

AZƏRTAC Moldovanın Moldpres informasiya agentliyinə istinadla xəbər verir ki, yeni struktur iqtisadi əməkdaşlığın genişləndirilməsinə, investisiyaların təşviqinə və hər iki ölkənin biznes mühiti arasında tərəfdaşlığın inkişafına, habelə mədəni, akademik və elmi mübadilələrin intensivləşdirilməsinə töhfə verəcək.

Məlumatda bildirilir ki, Moldova Respublikası 1992-ci ildən Kanada ilə diplomatik əlaqələrə malikdir. Fəxri konsulluğun açılması Moldova vətəndaşlarına daha səmərəli dəstək vermək və ölkənin beynəlxalq nüfuzunu artırmaq məqsədi daşıyır.

 

Seçilən
33
1
azertag.az

2Mənbələr