AZ

Bu dəfə adı baldız gəlin davasında hallandı Arvadının ölümü ilə gündəmə gəlmişdi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Lerikdə həmcinsi tərəfindən döyüldüyünü bildirən qadın polisə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində yaşayan Z.Həsənova bildirib ki, baldızı F.Məlikova (ad- soyadlar şərtidir) onu döyərək xəsarətlər yetirib.

Məlum olub ki, hadisə baş verən gün F.Məlikova qardaşı arvadını həmkəndlisi Elvin Ağəlizadə adlı şəxslə görüb. O, Z.Həsənovaya qardaşına niyə xəyanət etməsini deyərək hücum edib və aralarında dava-dalaş olub. Bu zaman Elvin oradan uzaqlaşaraq gedib.

Bildirilib ki, Z.Həsənova və Elvin bir yerdə işləyirlər. Qadın həmin iş yerində xadimə, Elvin isə gözətçidir.

O da məlum olub ki, 2022-ci ildə Elvin Ağəlizadənin 22 yaşlı həyat yoldaşı Elnarə müəmmalı şəkildə ölüb. Həmin vaxt mərhumun yaxınları Elnarənin Elvin və onun anası tərəfindən amansızlıqla döyüldüyünü iddia ediblər. Tərəflər məsələni Lalə Azərtaşın verilişində də müzakirə ediblər.

Qeyd edək ki, Elnarə Ağəlizadə 2022-ci ilin aprelin 30-u ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və 10 gün sonra ölüb. Zərərçəkən tərəf onun öldürüldüyünü iddia etsə də, ölüm hadisəsinin intihar olduğu bildirilib.

Aslan Vəliyev

Fotoda: Elnarə Ağəlizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
5
qafqazinfo.az

6Mənbələr