AZ

Moldova hökuməti Rusiyanın Kişineudakı Elm və Mədəniyyət Mərkəzinin bağlanması barədə qərar qəbul edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Moldovanın yeni hökuməti Rusiyanın Kişineudakı Elm və Mədəniyyət Mərkəzinin bağlanması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, müvafiq qərar Aleksandru Muntyanunun başçılıq etdiyi yeni kabinetin ilk iclasında qəbul olunub. Sənəd layihəsini təqdim edən mədəniyyət naziri Kristian Jardan Rusiyanın Elm və Mədəniyyət Mərkəzinin Moskvanın Moldovaya qarşı hibrid müharibəsində alət kimi istifadə olunduğunu deyib.

“Sənədin özündə denonsasiya proseduru nəzərdə tutulmayıb, lakin onun hər beş ildən bir avtomatik uzadılması lazımdır. Tərəflərdən biri həmin müddətin bitməsinə azı altı ay qalmış müqavilənin uzadılmaması barədə digərinə məlumat verməlidir. Mövcud müqavilənin müddəti 2026-cı il iyulun 4-də başa çatır. Bu səbəbdən biz müqavilənin müddətinin uzadılmamasını təklif etdik”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2025-ci ilin fevralında Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Elm və Mədəniyyət Mərkəzini bağlamaq niyyətində olduğunu açıqlayıb. Bu addım Rusiyaya məxsus PUA-ların Moldova hava məkanını pozmasına cavab olaraq atılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
4
azertag.az

5Mənbələr