AZ

Rüstəm Cəbrayılov rus serialına çəkildi VİDEO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın “Domashniy” telekanalında dörd seriyalı melodramatik “Müxtəlif sahillərdə” (“На разных берегах”) serialının premyerası olub.Bizim.Media xəbər verir ki, melodramada baş rolları “Best Model of the World 2007” titulunun sahibi, azərbaycanlı aktyor Rüstəm Cəbrayılov və Anastasiya Qribulina (“Siyahılarda yox idi”, “Qəhrəman 115”) ifa ediblər.Qeyd edək ki, bu, R. Cəbrayılovun “Domashniy” kanalı üçün ilk işi deyil. O, bundan əvvəl də kanalın “Ərik acılığı” və “Mənim sevimli racım” seriallarında baş rollarda çıxış edib.Bildirilir ki, həm Rusiyada, həm də Türkiyədə çəkilən serial artıq “Domashniy” telekanalının rəsmi saytında onlayn izlənilə bilər.Süjet xətti isə belədir: Toy ərəfəsində Sonya (A. Qribulina) nişanlısı tərəfindən tərk edilir.

 

O, dostu ilə birlikdə mənəvi yaralarını sağaltmaq üçün Türkiyəyə yollanır və orada otel sahibi Denizlə (R. Cəbrayılov) tanış olur. Denizin israrlı diqqətindən sonra Sonya ona ürəyini açır və onlar evlənirlər.

Bir il sonra Türkiyədə zəlzələ baş verir və Deniz otelində zərərçəkənlər üçün yardım mərkəzi açmaq qərarına gəlir.Yardım üçün ona müraciət edən gənc qız Cemre isə vaxtilə Denizə nişanlanmış birisidir.O, reallaşmamış toyun intiqamını almaq məqsədilə Denizi arvadı ilə qarşı-qarşıya qoyur.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
bizim.media

10Mənbələr