AZ

77 milyonluq dəstək planı: Sahibkarın şəxsi pulu yoxdursa, biznes də yoxdur

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Biznesə başlamaq üçün təkcə yardımlar deyil, həm də sahibkarın öz şəxsi pulu olmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli 2026-cı ildə öz biznesini qurmaq istəyənlərə ayrılacaq maliyyə dəstəyinin həcmini şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu, biznesə başlamaq üçün dövlət büdcəsindən fərdi mikrosahibkara dəstək layihəsidir:

"Bundan əlavə, biznesə başlamaq üçün kredit cəlb etmək imkanları, eyni zamanda təşkiletmə və investorlar cəlbetmə qabiliyyəti olmalıdır. Biznes qurmaq asan məsələ deyil. Dövlətin özməşğulluq proqramı ilə bağlı ötən ilki təlabatı nəzərə alaraq fərdi təsərrüfat qurmaq istəyən insanlara yardım edilir, yaxud da ev təsərrüfatları-heyvanlar verilir. Hökumət bu məsələdə azalmaya getməyib və proqramın həm də nəzarətlə düzgün yerləşdirilməsi məsələsi də var".

Xalid Kərimli bildirib ki, bu kiçik və orta biznesi dəstəklənməsi üçün nəzərdə tutulmayıb:

"Onlar üçün güzəştli kreditlər təklif edilir. Vətəndaş biznesə başlamaq istəyirsə, maliyyə resursları cəlb etməlidir. Bu ancaq fərdi ev təsərrüfatlarına kiçik dəstəkdir".

Ekspert hesab edir ki, pul ən varlı cəmiyyətlərdə də yetərli olmur:

"Maliyyə həmişə yetərli olmur. Amma dövlətin yardım kimi ayıra biləcəyi vəsaitin həcmində həmişə məhdudiyyətlər olmalıdır".

Qeyd edək ki, 2026-cı ildə öz biznesini qurmaq istəyənlərə ayrılacaq maliyyə dəstəyinin həcmi açıqlanıb. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də 77,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr