AZ

Milli Məclisin deputatı Səbinə Xasayeva seçicilər ilə görüşüb



Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Xocəsən bələdiyyəsinin inzibatı binasında seçicilərlə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.

Görüşdə Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.

Süleyman
Seçilən
21
4
newscenter.az

5Mənbələr