AZ

"Bitcoin"in qiyməti ilk dəfə 100 min dolların altına düşdü

"Bitcoin"in qiyməti 23 iyundan bəri ilk dəfə 100 min dolların altına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının ümumi dəyəri 24 saat ərzində 6,5 faiz azalaraq 3 trilyon 310 milyard dollara enib.

Bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin"in qiyməti son 24 saatda 5,8 faizdən çox azalıb və 23 iyundan bəri ilk dəfə 100 min dolların altına düşüb.

İnvestorlar xüsusilə ABŞ texnologiya sektorundakı həddindən artıq yüksək dəyərləndirmələrə diqqət yetirir, bu vəziyyətin isə qlobal səviyyədə investorları daha ehtiyatlı davranmağa vadar etdiyi vurğulanır.

Analitiklərin sözlərinə görə, investorlar Fed-in faiz siyasəti ilə bağlı ehtiyatlı mövqe sərgiləyirlər və xüsusilə Asiya bazarlarında yüksək dəyərləndirmə və mümkün korreksiya (düzəliş) riskinə dair xəbərdarlıqlar getdikcə daha çox səslənir.

Bazar dəyərinə görə ikinci yerdə olan" Ethereum"un qiyməti də təxminən 10,6 faiz azalaraq 3 min 210 dollar səviyyəsinə enib.

Seçilən
29
operativmm.az

1Mənbələr