AZ

Məktəb erkən nikahın aşkarlanmasında böyük rol oynayır - Günel Səfərova

Bakı. Trend:

Məktəb erkən nikahın aşkarlanmasında böyük rol oynayır.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin UşaqlarınMüdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin"Təhsil saatı" proqramında deyib.

O bildirib ki, sonrakı proseslərə digər qurumlar baxmalıdır:

“Bu cür hallar yenə də baş verir. Rəsmi olmasa da qeyri-rəsmiformada olur. Biz bunu icbari təhsildən sonrakı dövrlərdə daha çoxhiss edirik. Erkən nikah halları 10-11-ci siniflərdə daha çox olur.Həmin vaxt biz görürük ki, qızların təhsilində bəzi axsamalar olur.Bu zaman artıq vəziyyət aşkar edilir və müvafiq qurumlara məlumatverilir. Erkən nikah hallarının aşkar edilməsində məktəblərin roluböyükdür. Erkən nikah qızlarla bərabər oğlanların da başına gəlir.Sadəcə qızlar çoxluq təşkil edir”.

O həmçinin vurğulayıb ki, erkən nikah hallarının cəmiyyətə hansıbaşlıqlarla çatdırılması çox vacib haldır: “Mən inanmıram ki,mediada erkən nikaha haqq qazandıranlar olsun”.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr