AZ

Gələn il bu şəxslərə pulsuz ev veriləcək - 50 milyon ayrılır

İmtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur.

“Yeni Sabah” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, bu vəsaitin 10 mln. manatı DSMF-nin investisiya gəlirlərinin, 40 mln. manatı isə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdiriləcəkdir. Toyuqlu pizza


Telegram kanalımız
Seçilən
15
17
yenisabah.az

10Mənbələr