AZ

Sabah hava yağışlı olacaq PROQNOZ

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, ayın 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
49
demokrat.az

10Mənbələr