AZ

Çin 10 noyabrdan bəzi ABŞ mallarına əlavə tarifləri ləğv edəcək

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət Şurasının Gömrük Tarif Komitəsi məlumat yayıb

Çin 10 noyabrdan etibarən bəzi ABŞ mallarına əlavə tarifləri ləğv edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Dövlət Şurasının Gömrük Tarif Komitəsindən məlumat verilib.

"Çin-ABŞ iqtisadi və ticarət məsləhətləşmələri zamanı əldə edilən konsensusun həyata keçirilməsi üçün Dövlət Şurasının Gömrük Tarif Komitəsinin elanında nəzərdə tutulan əlavə tariflərin tətbiqi tədbirləri 10 noyabr 2025-ci il tarixində, saat 13:01-dən (Bakı vaxtı ilə saat 9:01) etibarən dayandırılacaq”, - deyə qeyd olunub.

Xatırladaq ki, 9 oktyabrda Çinin Ticarət Nazirliyi nadir torpaq metalları və əlaqəli texnologiyalara ixrac nəzarətinin sərtləşdirilməsi ilə bağlı iki sənəd dərc edib. 10 oktyabrda ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Çin məhsullarına əlavə 100% tariflər, eləcə də proqram təminatına ixrac nəzarətinin 1 noyabr və ya daha tez tarixdən etibarən tətbiq olunacağını elan edib. O həmçinin Çinə digər malların, əsasən təyyarə hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.

30 oktyabrda Çin lideri Si Cinpin ilə görüşdən sonra ABŞ Prezidenti Çinin ABŞ-a nadir torpaq metallarının maneəsiz tədarükünü davam etdirməyə razı olduğunu açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
ayna.az

1Mənbələr