AZ

Azərbaycanda ən çox hansı orqanın köçürülməsinə ehtiyac var? AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Ən çox müraciətlər böyrək və qaraciyər transplantasiyası ilə bağlı olur. Hazırda Mərkəzdə donor orqanı gözləyənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Bunun əsas səbəbi meyit donor orqanlarının köçürülməsinə başlanmasıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirdi.

O, qeyd etdi ki, hazırda 4642 Azərbaycan vətəndaşı dializdədir:

"Bu proqram tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir və hər bir xəstə üçün illik təxminən 15 min manat xərclənir. Dializdə olan şəxslərin təxminən 90 faizi orqan transplantasiyasına ehtiyac duyur. Əvvəllər bu xəstələr gözləmə siyahısına yazılmırdılar, çünki donor tapılacağına ümid az idi, nə canlı donor, nə də meyit donor imkanları real görünmürdü. Lakin artıq bu sistem formalaşdıqdan sonra insanlar müraciət etməyə başlayıblar, öz həkimlərini seçir və həmin həkimlər vasitəsilə xəstələr Mərkəzin gözləmə siyahısına daxil edilirlər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
redaktor.az

2Mənbələr