AZ

Rusiya millisi beynəlxalq arenaya qayıdır? - Oyunlar Azərbaycanda keçirilə bilər

Rusiyanın qadınlardan ibarət futbol millisi 2026-cı ilin fevralında beynəlxalq arenaya qayıda bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Sport Baza" məlumat yayıb.
 

Bildirilib ki, FIFA və UEFA Rusiyanın qadınlardan ibarət futbol millisinin DÇ-2027-nin seçmə mərhələsində iştirakına icazə verilməsi imkanlarını nəzərdən keçirir. Bu, bütün Rusiya futboluna qoyulan qadağanın aradan qaldırılması istiqamətində ilk addım olacaq.


Hazırda qadınlardan ibarət millinin seçmə mərhələdə neytral bayraq altında, ev oyunlarının Rusiyadan kənarda keçirilməsi variantı müzakirə edilir. Mümkün variantlar arasında Azərbaycan, Ermənistan, Türkiyə və bir sıra başqa ölkələr var.

Artıq futbolçulara bu ehtimal barədə məlumat verilib və onlar beynəlxalq arenaya qayıtmaq üçün hazır olmağa çağırılıb.

FIFA və UEFA Rusiya millisi ilə Şimali Makedoniya yığması arasında son yoldaşlıq görüşlərinə Avropa federasiyaları tərəfindən heç bir mənfi reaksiya olmadığını da qeyd ediblər.
 

Qadınlardan ibarət yığmanın qayıtmasından sonra oxşar vəziyyət yaranarsa, FIFA və UEFA Rusiya gənclər və yeniyetmələrdən ibarət milli komandaların beynəlxalq arenalara qayıtması məsələsinə yenidən baxacaqlar.


Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya silahlı müdaxilə etməsi və hazırda da iki ölkə arasına müharibənin getməsi səbəbindən Rusiya idmançıları və komandaları beynəlxalq yarışlardan kənardadırlar. (Oxu.az)

Bizim.Media

Seçilən
7
2
bizim.media

7Mənbələr