AZ

Şoyqu Qərb İT həllərini köləliyə aparan yol adlandırıb

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb ölkələrinin informasiya təhlükəsizliyi sahəsində texniki həlləri hakimiyyətin kritik sahələrində əsarətə və müstəqilliyin itirilməsinə gətirib çıxarır.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O qeyd edib ki, Qərbin texniki həlləri mahiyyət etibarı ilə məlumatlara istifadəçi xəbərdarlığı olmadan daxil olmaq imkanı verir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərdən olan həmkarlarını informasiya təhlükəsizliyi və informasiya suverenliyi sahələrində səylərini daha yaxşı əlaqələndirməyə çağırıb.

Qurum rəsmisi informasiya təhlükəsizliyi sahəsində çoxlu həll olunmamış problemlərin və ciddi təhdidlərin olduğunu etiraf etməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
operativmm.az

2Mənbələr