AZ

Qrossi: “İranın zənginləşdirilmiş uranı ölkədə qalıb”

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi “Financial Times (FT)” nəşrinə müsahibəsində belə deyib. “Zərər çox böyük idi. Lakin bizim hesablamalarımıza görə, 60%-ə qədər zənginləşdirilmiş uranın hamısı olmasa da çoxu, eləcə də 20%, 5% və 2%-i hələ də İrandadır. Material hələ də oradadır və biz onu heç bir son məqsədlə əlaqələndirməsək də, aydındır ki, belə yüksək zənginləşdirmə səviyyəsində, silah dərəcəsinə yaxın olan materialın mövcudluğu narahatlıq doğurur”, - Rafael Qrossi vurğulayıb.

ABŞ İrana zərbələr endirib | VİDEO

Bundan əvvəl İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirmişdi ki, Tehran uranın zənginləşdirilməsini yalnız dinc məqsədlər üçün davam etdirmək niyyətindədir və öz raket proqramı barədə müzakirələr aparmaq fikrində deyil. Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından bir sutka keçməmiş Tehran cavab tədbirlərinə əl atıb. Bundan 9 gün sonra ABŞ İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında isə İran Yaxın Şərqdəki ən böyük Amerika aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hava hücumu həyata keçirib. Bunun ardınca ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında iyunun 24-dən qüvvəyə minən atəşkəs elan edib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
azvision.az

1Mənbələr