AZ

Noyabr ayının ən faydalı meyvə və tərəvəzləri

Soyuq havaların başlaması ilə birlikdə orqanizmin immun sistemini gücləndirən, vitamin və minerallarla zəngin qidalar önə çıxır.


Pravda.az bildirir ki, noyabr ayında təzə yetişən meyvə və tərəvəzlər sağlam qidalanma üçün ideal hesab olunur.


Tərəvəzlər


Bu ayın tərəvəzləri arasında brokoli, gül kələmi, brüssel kələmi və çuğundur xüsusilə seçilir. Bu tərəvəzlər bədəni antioksidanlarla təmin edir, xəstəliklərə qarşı müqaviməti artırır və metabolizmanı gücləndirir.


Meyvələr


Noyabr ayının meyvələri arasında xurma, heyva, alma və naringi yer alır. Bu meyvələr həm C vitamini, həm də lif baxımından zəngindir, orqanizmi soyuqdəymə və infeksiyalara qarşı qoruyur.


Mütəxəssislər bildirir ki, mövsümə uyğun meyvə və tərəvəzlərdən istifadə həm maddələr mübadiləsini tənzimləyir, həm də bədəni qış aylarına hazırlayır.


Əminə Bayramova 

Tarix: 5 Noyabr 2025, 15:46   
Seçilən
64
pravda.az

1Mənbələr