AZ

"Neftçi" "Yuventus" və "Barselona"da oynamış futbolçunu istəyir

“Barselona”nın sabiq futbolçusu Miralem Pyaniç karyerasını Özbəkistanda davam etdirmək imkanına sahibdir. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçiyə “Neftçi”(Fərqanə) təklif göndərib.

Çempionluğa əsas iddialı olan “Neftçi” qış “transfer pəncərəsi” zamanı Pyaniçlə müqavilə imzalamağı planlaşdırır.

35 yaşlı futbolçu karyerası ərzində “Metz”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş”, “Şarjah”, ÇSKA(Moskva) klublarında oynayıb.

O, Bosniya və Herseqovina yığmasında 115 görüş keçirib, 18 qol vurub.

 

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr