AZ

"Kamp Nou"da vərəm yayılması ilə bağlı araşdırma başlandı

style='margin-bottom:10px;'>

Barselonanın İctimai Səhiyyə Agentliyi (ASPB) "Kamp Nou" stadionunu təmir edən işçilərdən birində xəstəlik halı təsdiqləndikdən sonra işçilər arasında mümkün vərəm xəstəliyinin yayılması ilə bağlı araşdırmaya başlayıb .

QOL.az xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

Xəstə ilə yaxın təmasda olan 23 nəfərdən 3-ü hazırda müşahidə altındadır. Bildirilib ki, xəstəliyin mövcudluğunu təsdiq və ya istisna edəcək test nəticələrini gözləyir.

Səhiyyə Departamentindəki mənbələr ilk hadisənin stadionun yenidən qurulması işçisinin vərəmə uyğun simptomlarla həkimə müraciət etməsindən sonra müəyyən edildiyini qeyd ediblər. Testlər isə diaqnozu təsdiqləyib.

Səlahiyyətlilər infeksiyanın mümkün yayılmasının qarşısını almaq üçün nəzarət protokollarını aktivləşdiriblər. Hazırda agentlik hadisəni epidemiya hesab etmir. Çünki bunun üçün ən azı iki təsdiqlənmiş hal tələb olunur.

Qeyd edək ki, "Kamp Nou"nun yenidən qurulmasına 2022-ci ildə başlanılıb. Klubun bu ilin sonunda doğma arenasına qayıtması gözlənilirdi.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr