AZ

ABŞ-yə qarşı 141 milyardlıq HƏMLƏ

Kanada hökuməti ABŞ-nin tətbiq etdiyi tariflərə qarşı yerli iqtisadiyyatı gücləndirməyi hədəfləyən və 141 milyard Kanada dolları həcmində xərcləri nəzərdə tutan büdcə layihəsini açıqlayıb.

"Cebheinfo.az"-ın "CBC News"-a istinadın məlumatına görə, Maliyyə naziri Françes Filip  parlamentdə Baş nazir Mark Karney hökumətinin ilk büdcə layihəsini təqdim edib.

ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq olunan tariflərlə başlayan “ticarət müharibəsi” davam edərkən, nazirin təqdim etdiyi layihədə 5 il ərzində 141 milyard Kanada dolları həcmində xərc  planlaşdırılır.

Büdcə layihəsinin məqsədi ABŞ-nin tarifləri səbəbindən iqtisadi çətinliklərlə üzləşən vətəndaşlara dəstək vermək və yerli iqtisadiyyatı gücləndirməkdir.

Layihədə göstərilən 141 milyard Kanada dolları xərcləri balanslaşdırmaq üçün təxminən 51,2 milyard Kanada dolları həcmində ixtisar və qənaət tədbirləri nəzərdə tutulur.

Digər tərəfdən, müdafiə sahəsində 5 il ərzində 81 milyard Kanada dolları xərclənəcək. İnfrastruktur yatırımları üçün isə 51 milyard Kanada dolları ayrılıb.

Büdcə layihəsinin qüvvəyə minməsi üçün Kanada parlamentinin təsdiqi tələb olunur.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr