AZ

Yamalın atası özündən 16 yaş kiçik qadınla evlənir Şəkil

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Barselona"nın ulduzu Lamin Yamalın atası Munir Nasraoui ailə həyatı qurmağa hazırlaşır.

QOL.az xəbər verir ki, o, bu haqda öz İnstaqram hesabında məlumat yayıb.

O, gənc qadınla fotosunu paylaşıb. Munir Nasraoui fotonu qara ürək və toy üzüyü emojiləri ilə şərh edib.

“Marca”nın yaydığı məlumata görə isə qızın adı Kristinadır və 23 yaşındadır. Munir Nasraouinin isə 39 yaşı var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
qol.az

2Mənbələr