AZ

Demirtaş azadlığa buraxılacaq - Ərdoğan danışdı

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ədirnə həbsxanasında saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla bağlı sualı cavablayıb.

Ərdoğan məsələ ilə bağlı açıqlamasında deyib: “Bu ölkə hüquq dövlətidir. Məhkəmə bu barədə nə qərar verərsə, biz ona əməl edəcəyik”.

Ərdoğan Dəmirtaş məsələsində mövqeyinin hüququn üstünlüyünə əsaslandığını bildirib.

Ərdoğana həmçinin “Dövlət Baxçalı ilə görüş planınız varmı?” sualı da verilib. Prezident bu suala belə cavab verib: “Hər an hər şey mümkündür, əlbəttə görüşə bilərik”.

Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı bir neçə gün əvvəl Demirtaşın azadlığa buraxılmasının müsbət addım olacağını bildirmişdi.

AzPolitika.info

Seçilən
74
hurriyyet.az

1Mənbələr