AZ

Abbas Əraqçı: “ABŞ ilə mümkün danışıqlar yalnız nüvə proqramı ilə bağlı olacaq“

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə ehtimal olunan dialoqun yalnız nüvə proqramı çərçivəsində aparıla biləcəyini bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İranlı diplomat jurnalistlərə deyib ki, rəsmi Vaşinqton əvvəllər danışıqlar zamanı İranın raket proqramı və regional siyasəti ilə bağlı məsələləri gündəmə gətirib, lakin Tehranın bu mövzularda mövqeyi dəyişməyib.

"ABŞ həmişə raket proqramı və regionla bağlı suallar qaldırıb, lakin bizim mövqeyimiz aydındır. Əgər Amerika ilə hansısa danışıqlar baş tutarsa, bu, yalnız nüvə məsələsi ilə bağlı olacaq", - deyə Əraqçı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
moderator.az

2Mənbələr