AZ

Türkiyə XİN dən “Avropa Komissiyasının 2025 Türkiyə Hesabatı”na etiraz

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Komissiyası tərəfindən yayımlanan “2025 Türkiyə Ölkə Hesabatı”na sərt reaksiya verib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

“Avropa Komissiyası tərəfindən dünən yayımlanan Türkiyə Ölkə Hesabatında ədliyyə, əsas hüquqlar və daxili siyasi proseslərə dair irəli sürülən qərəzli, əsassız və bir tərəfli iddiaları rədd edirik”, - deyə Türkiyə XİN qeyd edib.

Rəsmi açıqlamada, hesabatın Kipr məsələsinə dair hissəsinə də münasibət bildirilib.

“Hesabatda hər zamanki kimi Yunanıstan və Kipr rum tərəfinin reallıqla uzlaşmayan, hüquqa zidd və maksimalist baxışlarına yer verilməsi, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin qanuni narahatlıqlarının isə nəzərə alınmaması bir daha göstərir ki, Avropa İttifaqı Kipr məsələsində tərəf olaraq mövqey nümaiş etdirir. Bu isə Aİ-nin problemin ədalətli və davamlı həllinə töhfə verməsini mümkünsüz edir”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr