AZ

Arteta: Məni sevindirən rekord deyil

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya"ya qalib gəldikləri matç (3:0) haqda danışıb.

QOL.az xəbər verir ki,  sözügedən görüşdə "topçular" bütün yarışlarda ardıcıl 10-cu qələbələrini qazanıblar. Komanda bunlardan 8-də qapısını toxunulmaz saxlayaraq 1903/04 mövsümünün klub rekordunu təkrarlayıb. "Arsenal" həm də "Lids Yunayted"dən (1969/70) sonra avrokuboklardakı ilk 4 oyunda qol buraxmadan qalib gələn 1-ci ingilis komandası olub.

Arteta isə bu uğur haqda deyib: "Məni sevindirən şey rekordlar və ya nəticənin deyil, futbolçuların ruhu, oyunumuzdur. Onlar hələ də nəticələri necə yaxşılaşdıra biləcəyimizdən danışırlar. Bir-iki epizod var idi ki, biz onları daha yaxşı dəyərləndirə bilərdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
qol.az

2Mənbələr